Almaniya Ermənistan və Azərbaycanın ərazi bütövlüyünün tərəfdarıdır.
AzerTimes xəbər verir ki, bunu İrəvanda səfərdə olan Almaniya xarici işlər naziri Annalena Berbok Ermənistan XİN rəhbəri Ararat Mirzoyanla görüşündə deyib.
“Biz Ermənistan və Azərbaycan arasında münasibətlərdə sabitlik və təhlükəsizliyin bərqərar olması, danışıqların davam etdirilməsi üçün şərait yaratmaq istəyirik”, – Berbok qeyd edib.