Biz azərbaycanlı qardaşlarımızı çiyin-çiyinə vahid yumruqla
dəstəkləməyə davam edirik.
AzerTimes-ın Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə,
bunu Türkiyənin milli müdafiə naziri Hulusu Akar deyib.
“Egey dənizində, Aralıq dənizində, Kiprdə, Liviyada və
Azərbaycanda qardaş və dostlarımızın, o cümlədən bizim hüquq və
mənafelərimizin reallaşması davam edir. Biz həmişə qonşu
Yunanıstana və digər ölkələrə dostluq, beynəlxalq hüquq və dialoq
tərəfdarı olduğumuzu deyirik”, – deyə H.Akar bildirib.