Biz Azərbaycanın tarixi qələbəsinə ürəkdən sevinirik

Biz Azərbaycanın tarixi qələbəsinə ürəkdən sevinirik

Biz Azərbaycanın tarixi qələbəsinə və ölkənin bütün ərazisində suverenliyini bərpa etməsinə ürəkdən sevinirik.

AzerTimes Qazaxıstan Prezident Administrasiyasına istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev bu gün Bakıda keçirilən Azərbaycan və Qazaxıstan Ali Dövlətlərarası Şurasının 1-ci iclasında deyib.

“Biz ticari-iqtisadi, investisiya əməkdaşlığımız, beynəlxalq aləmdə qarşılıqlı fəaliyyətimizlə bağlı sözün əsl mənasında bütün məsələləri ətraflı müzakirə etdik və ümumi nəticələrə gəldik. Qazaxıstan və Azərbaycan əslində strateji tərəfdaşdır, müttəfiq dövlətlərdir. Hökumətlərin bu gün imzalanmış sənədlər və sazişlər şəklində əldə olunacaq razılaşmaları həyata keçirəcəyini başa düşsək, perspektivlər çox yaxşıdır”, – o bildirib.

Teqlər: