Biz Azərbaycana Qarabağın tarixini öyrənmək üçün gəlmişik – Niderlandlı səyyah

Mən üçüncü dəfədir ki, Azərbaycana gəlirəm. Biz buraya Qarabağ
regionunun tarixini öyrənmək üçün gəlmişik.

AzerTimes xəbər verir ki, bu
fikirləri Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər edən
niderlandlı səyyah Boris Kester Şuşada olarkən bildirib.

Qarabağda dağıdılmış binaları, eyni zamanda, aparılan tikinti
işlərini gördüyünü deyən səyahətçi qeyd edib: “Şuşa çox maraqlı
şəhərdir. İnanıram ki, Şuşanın tarixini daha dərindən
öyrənəcəm”.

Teqlər: