Avropanın Ermənistanın ərazi bütövlüyünü tanıması, lakin KTMT və Rusiyanın tanımaması ilə bağlı sualınıza, ilk növbədə, demək istəyirəm ki, bu, diplomatiyamızın məğlubiyyətidir ki, Moskvada, Minskdə təsir imkanlarımız yoxdur və bu ölkələr Azərbaycanın tərəfindədir.
AzerTimes xəbər verir ki, bunu Stenford Universitetinin siyasi elmlər doktoru, erməni professor Artur Xaçikyan deyib.
“Qismən, tam yox, qismən də bu, bizim məsuliyyətimiz üzərindədir ki, diplomatik oyunu oynaya bilmədik. Düzdür, onlar indi Azərbaycandan asılıdır. Onların həm Türkiyə ilə, həm də Azərbaycanla yaxın münasibətləri var, maraqları üst-üstə düşür, amma bununla işləmək lazım idi, biz bunu etmədik. Onların (KTMT və Rusiyanın – red.) Ermənistanın dəqiq sərhədinin olduğunu tanımaması çox pisdir, pislənməlidir. Ancaq Ermənistanda hərbi təlimlər keçirməyi təklif etdilər, bizə həqiqi hərbi texnika verməyi təklif etdilər, biz bundan imtina etdik. Qərbdə Rusiyanı necə əvəz edə bilərik? KTMT-dən alternativsiz ayrılırıq və bizə gözəl vədlərdən başqa heç nə demirlər. Deyirlər ki, Rusiya bizim təhlükəsizliyimizə təhdid yaradır. Regionumuzda “Niyə NATO qüvvələrini və avropalı müşahidəçiləri bura gətirirsiniz?” deyən bütün qonşularla düşmənçilik edirik. Bu qatarın uçuruma getməsi üçün hər şeyi edirlər. Biz 100 il əvvəl olduğu kimi tam blokadada qalacağıq”, – o bildirib.