Bitkoin qiyməti 39 min dollardan aşağı düşüb.
Trend xəbər verir ki, bu CoinGecko-nun məlumatlarında əks olunub.
Qeyd olunur ki, bu 2021-ci ilin avqustundan etibarən ən aşağı qiymətdir. Hazırda bitkoinin qiyməti dəyəri 38 178 dollardır. Noyabrın əvvəlindən bütövlükdə rəqəmsal tokenlərin dəyəri bir trilyon dollar azalıb ki, bu da ABŞ-da pul siyasətinin gözlənilən sərtləşdirilməsi fonunda baş verir.
Xarici KİV-lərin məlumatına görə, bitkoin son vaxtlar texnoloji şirkətlərin səhmlərinin qiymətlərindən asılı vəziyyətdədir.