Xəbər - Orxan Nəbiyev – Trend:
Dünyanın ən populyar kriptovalyutası olan bitkoin növbəti dəfə tarixi rekord vurub.
AzerTimes-ın məlumatına görə, son sutka ərazində bitkoin təxminən 3 faiz bahalaşaraq 62,7 min dollara çatıb.
Sonuncu dəfə bitkoin martın 13-də rekord vuraraq 61,8 min dolları ötmüşdü.
Ötən ayın sonunda isə kriptovalyuta 23 faiz ucuzlaşaraq 50 min dollaradək enmişdi.