Ötən gün ABŞ Federal Ehtiyat Sisteminin (FES) sədri Cerom Pauellin açıqlamalarından sonra kriptovalyutalar kəskin şəkildə ucuzlaşıb.
AzerTimes xəbər verir ki, hazırda kriptovalyuta bazarında Litkoin 52 dollar, SOL 31 dollar, Ripl 0,33 dollar, AVAX 20 dollar, ADA isə 0,43 dollar təşkil edir.
Qeyd edək ki, ötən gün Cerom Pauell sentyabr ayındakı faiz endirimlərinin göstəricilərdən asılı olduğunu bildirmişdi.