Bitki yağları üçün minimum keyfiyyət tələbləri müəyyən edilib

Xəbər - İlhamə İsabalayeva – Trend:

Azərbaycanda bitki yağları adlandırılan yağlar üçün minimum keyfiyyət tələbləri müəyyən edilib.

AzerTimes-ın məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Qida təhlükəsizliyi şöbəsinin əməkdaşı İradə Hüseynli deyib.

Belə bir sənədin indiyədək mövcud olmadığını bildirən İ.Hüseynli qeyd edib ki, sənəddə 30 adda bitki yağının adı qeyd edilib: “Onların hər birində yağ turşusu nisbəti fərqlidir. Eyni zamanda, digər göstəricilər arasında da fərqlər qeydə alınır”.

İ.Hüseynli qida təhlükəsizliyi üzrə yeni sənədlərin hazırlanması, köhnəlmiş qaydaların yenilənməsi üçün işlərin aparılacağını söyləyib.

Qeyd edək ki, yeni tələblər aprelin 1-dən qüvvəyə minir.

Teqlər: