“Bitcoin”in qiyməti ticarət sessiyası çərçivəsində 18,97 faiz bahalaşaraq 46,246 min dollara yüksəlib.
AzerTimes-ın məlumatına görə, bu barədə CoinDesk portalı xəbər verib.
Bildirilib ki, ən yüksək nöqtəsində, “Bitcoin”in qiyməti 46,750 min dollara çatıb.
Beləliklə, kriptovalyutanın dəyəri tarixi maksimumunu yeniləyib.
Qeyd edək ki, qiymətlər “Tesla” şirkətinin “bitcoin” kriptovalyutasına 1,5 milyard dollar sərmayə yatırdığı barədə xəbərlər əsasında artmaqdadır.