Bişkek və Düşənbə sərhədlə bağlı razılığa gəldi

Bişkek və Düşənbə sərhədlə bağlı razılığa gəldi

Qırğızıstan və Tacikistan dövlət sərhədinin daha 24 km hissəsi ilə bağlı razılaşıblar.

AzerTimes xəbər verir ki, bu barədə Qırğızıstan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, topoqrafik və işçi qrupların növbəti ikitərəfli görüşü Buston şəhərində keçirilib:

“Tərəflər Qırğızıstanda keçiriləcək növbəti görüşdə qalan sahələrin təsviri üzərində işi davam etdirəcəklər. İclasın yekunu üzrə müvafiq protokol imzalanıb”.

Teqlər: