Bişkek və Düşənbə arasında mühüm razılaşma…

Bişkek və Düşənbə arasında mühüm razılaşma…

Oktyabrın 13-də Astana şəhərində Rusiya tərəfinin təşəbbüsü ilə Tacikistan prezidenti İmaməli Rəhman, Rusiya Prezidenti Vladimir Putin və Qırğızıstan prezidenti Sadır Japarov arasında birgə görüş keçirilib.

AzerTimes-ın məlumatına görə, bu barədə Tacikistan prezidentinin mətbuat xidməti bildirib.

Dövlət başçıları Mərkəzi Asiyada regional təhlükəsizlik və sabitlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə Tacikistan-Qırğızıstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə danışıqlar prosesinin gedişi nəzərdən keçirilib.

Yaranmış məsələlərin müstəsna olaraq siyasi-diplomatik vasitələrlə həlli, o cümlədən dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə hökumət qruplarının və ekspertlərdən ibarət işçi qrupların əvvəllər əldə edilmiş razılaşmalara ciddi şəkildə uyğun olaraq fəaliyyətinin aktivləşdirilməsinə dair razılıq əldə olunub.

Teqlər: