Çox güman ki, Qırğızıstanın bu addımı atmasına səbəb Qərbdən gələn siqnalları qəbul etməsidir.
AzerTimes xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının MDB ölkələri ilə iş komitəsinin sədr müavini Konstantin Zatulin “Danışır Moskva” radiosuna müsahibəsində Qırğızıstanın KTMT-nin “Sarsılmaz qardaşlıq-2022” təlimlərini ləğv etməsi qərarı haqda danışarkən deyib.
“Düşünürəm ki, bunun bir səbəbi Qırğızıstanın Qərbdən gələn siqnalları qəbul etməsidir. Belə ki, o, mübahisə mərkəzinə düşmək istəmir. Digər tərəfdən isə bizim nə qədər güclü olduğumuzu, Ukraynadakı mübarizədə necə qələbə qazana biləcəyimizi analiz edir”, – o bildirib.
Zatulinin iddiasına görə, Qırğızıstan Moskva ilə mümkün qədər məsafə saxlamağa və bununla da sanksiyalardan yayınmağa çalışır:
“Bu, ölkələr arasında münasibətin kəsilməsi üçün atılan addım sayıla bilməz. Bu, elə bir oyundur ki, bütün dünyada gedir, hər kəs Qərbin sanksiyası altına düşməmək üçün çalışır”.
Qeyd edək ki, 9 oktyabrda Qırğızıstan KTMT təlininin ləğv edildiyini açıqlayıb. Təlimlər İssık-Kulda 1014 oktyabrda keçirilməli idi.