Telekommunikasiya xidmətlərinin təminatçısı ENGİNET şirkətinin BİRLink brendi Novruz bayramı ərəfəsində “Novruz payı” aksiyasına start verir. Bu müddətdən etibarən ay ərzində qoşulan hər yeni abunəçi hədiyyə alacaq. Belə ki, qoşulma zamanı abunəçilərə 5 zərf təqdim olunacaq ki, onlardan birini seçməklə dəyərli hədiyyələrdən yararlana biləcəklər.
Təqdim olunacaq hədiyyələr:
Növbəti aya aylıq abunə haqqı 50% endirimlə Növbəti aya aylıq abunə haqqı hədiyyə Növbəti bir ay yarıma abunə haqqı hədiyyə Növbəti 3 ayın aylıq abunə haqqı 50% endirimlə İPTV 2 ay hədiyyə
Aksiya 31 mart tarixinədək etibarlıdır. Daha ətraflı məlumat www.birlink.az saytından əldə edə bilərsiniz.
Xatırladaq ki, daima beynəlxalq texnoloji trendləri tətbiq edərək, innovativ yanaşmaları əsasında fəaliyyət göstərən və inkişaf edən ENGİNET şirkəti “BİRLink” brendi altında ilk dəfə olaraq ölkədə FTTH (fiber To The Home – mənzilədək fiberoptik bağlantı) texnologiyasını uğurla tətbiq etmiş və hazırda fiziki və hüquqi şəxs olan abunəçilərinə bu texnologiyaya əsaslanan geniş spektrli telekommunikasiya xidmətləri və həlləri təqdim edir. FTTH-in yaratdığı başlıca üstünlüklərdən biri də abunəçilərə eyni fiber optik rabitə kanalı üzərindən qeyri-məhdud sayda telekommunikasiya xidmətlərinin çatdırılması imkanıdır. Belə ki, FTTH abunəçisi mənzilində mövcud olan bir fiber optik qoşulma sayəsində həm yüksək sürətli optik internetdən, həm də rəqəmsal televiziya, telefoniya və digər bu kimi xidmətlərdən rahatlıqla istifadə edə bilər.