Ölkəmizin böyük tarixi hadisəsi olan 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması günündən 103 il ötür. 44-günlük müharibədə Azərbaycan Ordusunun bəxş etdiyi şanlı Qələbəsi və ölkəmizin ərazi bütövlüyünün bərpası ilə bağlı bu ildönümü böyük fəxr hissi ilə keçirilir. Bu özəl gün münasibətilə telekommunikasiya xidmətlərinin təminatçısı ENGINET şirkətinə məxsus BİRLink brendi 28 may-Respublika Gününə həsr olunmuş bayram aksiyası keçirib. Aksiya çərçivəsində BİRLink komandası abunəçilərlə görüşərək, onlara bu gözəl bayram münasibətilə təbrik məktubları və hədiyyələr təqdim edib.
ENGİNET şirkəti 28 may-Respublika Günü münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edir, ölkəmizə daim əmin-amanlıq və sülh diləyir!