Birləşmiş Ərəb Əmirliklərində tibbi helikopter qəzaya uğrayıb – 4 ölü

Xəbər - Orxan Nəbiyev – Trend:

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə tibbi yardım helikopteri qəzaya uğrayıb.

Trend-in məlumatına görə, qəza nəticəsində 4 nəfər həlak olub.

Qeyd olunur ki, həlak olanlardan ikisi pilot, ikisi isə həkim olub.


Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.