BirKart sahibləri daha çox keşbek, mil və Umico bonus qazanacaqlar

Ölkənin ən məşhur taksit kartı olan BirKart, Novruz bayramı
ərəfəsində müştərilər üçün yeni güzəştli aksiya təqdim edir.
Şərtlərə görə, BirKart ilə seçilmiş partnyor sahələrində 100 AZN və
daha yuxarı məbləğdə taksitli alış-veriş edən müştərilər daha çox
bonuslar qazanacaqlar. Visa şirkəti ilə birgə keçirilən “Bahar
müjdəsi” adlı kampaniya geyim, ayaqqabı, aksesuar, hədiyyə,
parfümeriya və kosmetika satışı ilə məşğul olan partnyorlarda
keçərlidir.

BirKart Taksit və BirKart Cashback kartları ilə taksit
əməliyyatı etdikdə 5% keşbek, BirKart Miles kartları ilə taksit
əməliyyat etdikdə 3 qat mil, BirKart Umico kartları ilə taksit
əməliyyat etdikdə isə 5% Umico Bonus qazanmaq mümkündür. 5 aprel
2022-ci il tarixinədək davam edəcək kampaniyada hər kart sahibi bir
əməliyyat üzrə maksimum 20 AZN məbləğində keşbek qazana bilər.
Ətraflı məlumat üçün – https://kbl.az/bknvpr.

Qeyd edək ki, BirKart-ın 4 növü var – Taksit, Cashback, Miles və
Umico. BirKart bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz
taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40
günədək güzəşt müddəti, kartı idarə etmək üçün rahat mobil tətbiqi,
loyallıq sistemləri və pulsuz SMS məlumatlandırma xidməti.
BirKart-ın ölkə üzrə 10 000-dən artıq partnyor şəbəkəsi fəaliyyət
göstərir və bu say artmaqdadır.

BirKart haqqında ətraflı məlumat üçün www.birkart.az saytına, 196 Sorğu
Mərkəzinə və ya kartın Facebook səhifəsinə www.facebook.com/birkart.az
müraciət edə bilərsiniz. BirKart sifarişi üçün həmçinin 8196 qısa
nömrəsinə SMS və ya (+994 50) 999 81 96 nömrəsinə WhatsApp
vasitəsilə, həmçinin BirKart mərkəzlərinə müraciət etmək olar.

Teqlər: