Braziliyanın birinci xanımı Rozangela da Silva amerikalı milyarder İlon Maskı təhqir edib.
AzerTimes xəbər verir ki, bu barədə G1 portalı məlumat yayıb.
Portalın məlumatına görə, birinci xanım Rio-de-Janeyroda G20 sammiti ərəfəsində keçirilən tədbirdə sosial şəbəkələrin tənzimlənməsinin zəruriliyini müdafiə edən çıxış edərkən kənardan gəmi fitinə oxşayan səsə təəccüblənib:
“Fikrimcə bu, Maskdır. Mən hətta səndən qorxmuram. Rədd ol İlon Mask”.
Mask isə özünün X səhifəsində birinci xanımın çıxışına LOL smayliki ilə cavab verib.