Birinci vitse-prezident Mehriban Əliyevaya ad günü münasibətilə onu təbrik edənlərə təşəkkür edib

Birinci vitse-prezident Mehriban Əliyevaya ad günü münasibətilə onu təbrik edənlərə təşəkkür edib.

AzerTimes xəbər verir ki, bununla bağlı Birinci vitse-prezident Mehriban Əliyevanın “İnstagram” hesabında edilən paylaşımda deyilir:

“Hörmətli bacılar və qardaşlar!
Əziz dostlar!
Ad günüm münasibətilə təbriklərə, gözəl və xoş arzulara görə sizə səmimi-qəlbdən təşəkkür edirəm. Sizin diqqətiniz, qayğı və dəstəyiniz mənim üçün çox dəyərlidir. Sevginizə, səmimiyyətinizə, hörmətinizə və inamınıza görə çox sağ olun. Dərindən hiss etdiyim, məni ilhamlandıran və hər zaman mənə kömək olan qəlblərinizin istisini mənə bəxş etdiyiniz üçün hər birinizə minnətdaram. Ulu Tanrıdan hər birinizə möhkəm cansağlığı, uzun ömür və xoşbəxtlik diləyirəm. Qoy Uca Allah Azərbaycan xalqını və bizim doğma Vətənimizi qorusun!

Sevgilərlə,
Sizin MEHRİBAN”

Teqlər: