Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Rafiq Hüseynov xəstəxanaya yerləşdirilib

Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Rafiq Hüseynov (Rəmiş) xəstəxanaya yerləşdirilib.

Bu barədə AzerTimes-a gitara ifaçısının həyat yoldaşı Güllü Hüseynova məlumat verib.

Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilən Rəmiş, hazırda həkim nəzarətindədir.

Xanımın sözlərinə görə, Rəmişin müalicəsi Heydər Əliyev Fondu tərəfindən nəzarətə götürülüb. Güllü Hüseynova Rafiq Hüseynova göstərilən diqqətə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.

Teqlər: