Birinci vitse-prezident Mehriban Əliyeva koronavirusa yoluxan əməkdar artist Yaqub Zurufçunun müalicəsini nəzarətə götürüb.
Bu barədə AzerTimes-a Yaqub Zurufçunun həyat yoldaşı Aynur Zurufçu məlumat verib.
Onun sözlərinə görə, hazırda Yaqub Zurufçunun vəziyyəti ilə bağlı məsələ Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir. Yaqub Zurufçunun müalicəsi üçün xaricdən həkim də dəvət olunub.
Qeyd edək ki, koronavirusa yoluxan Yaqub Zurufçu “Yeni Klinika”ya yerləşdirilib.