Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngilan rayonlarında olublar.
AzerTimes-ın məlumatına görə, Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində azad olunmuş ərazilərə səfərdən görüntülər paylaşıb.
Paylaşımda deyilir:
“Əziz həmvətənlər,
İşğaldan azad olunmuş rayonlarımıza səfərlərimiz davam edir. Bu gün biz yenidən Cəbrayıl və Zəngilan rayonlarında olduq. Böyük məmnuniyyətlə səfərimizin görüntülərini sizinlə paylaşıram.
Dərin hörmət və sevgilərlə,
Sizin MEHRİBAN”