Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “İnstagram”
hesabında etdiyi paylaşımda Xalq artisti Əlibaba Məmmədovun vəfat
etməsilə bağlı başsağlığı verib.
AzerTimes-ın məlumatına görə, paylaşımda deyilir:
“Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi Əlibaba
Məmmədovun vəfatı mədəniyyətimiz, bütün xalqımız üçün böyük və
əvəzsiz itkidir. O, yaşından asılı olmayaraq, kiçikdən böyüyə hər
kəsin sevdiyi əsl Xalq artisti idi. Onun bəstələdiyi gözəl mahnılar
məharətlə ifa etdiyi muğamlarla birgə milli musiqi irsimizi daha da
zənginləşdirmişdir. Əlibaba Məmmədovun xoş, nurlu xatirəsi
Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır. Allah rəhmət
eləsin”.