Birinci vitse-prezident Mehriban Əliyeva autizm spektr pozuntulu uşaqlara təşəkkür edib.
AzerTimes xəbər verir ki, bununla bağlı Birinci vitse-prezident Mehriban Əliyevanın “İnstagram” hesabında edilən paylaşımda deyilir:
“Autizm spektr pozuntulu uşaqlar üçün Bərpa Mərkəzindən olan əziz dostlarıma təşəkkür edirəm!
Xoş, nurlu və səmimi təbrikinizə görə çox sağ olun. Siz necə də gözəl və istedadlısınız! Sizinlə görüşlərimizi və birgə keçirdiyimiz vaxtı hər zaman xoş duyğularla xatırlayıram! Sizi möhkəm-möhkəm bağrıma basıram, hər birinizə gözəl əhval-ruhiyyə və bütün arzularınızın çin olmasını diləyirəm.
Tezliklə görüşmək ümidi ilə,
Sizin MEHRİBAN”.