Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “İnstagram”
hesabında 31 Mart – Azərbaycanlıların soyqırımı günü ilə bağlı
paylaşım edib.
AzerTimes-ın məlumatına görə, paylaşımda deyilir:
“Azərbaycan xalqı günahsız soydaşlarımızın qətlə yetirildiyi
faciələri heç zaman unutmayacaq! Biz o dəhşətli hadisələr haqqında
həqiqətləri təhrif olunma cəhdlərindən hər zaman qoruyacağıq.
1918-ci ilin mart ayında azərbaycanlılara qarşı törədilmiş
soyqırımı qurbanlarının nurlu xatirəsini ehtiramla yad edirəm.
Allah bütün şəhidlərimizə rəhmət eləsin”.