Birinci vaksini xaricdə, ikincini Azərbaycanda qəbul etmək olarmı? – AÇIQLAMA

Bir dozanı xaricdə, ikincini Azərbaycanda almaq istəyən şəxslərlə bağlı müzakirələr davam edir.

AzerTimes-ın məlumatına görə, bunu TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva “COVID-19” mövzusunda çıxışında deyib.


Onun sözlərinə görə, Səhiyyə və Xarici İşlər nazirlikləri bu məsələ üzərində aktiv çalışırlar. İstər xarici ölkələrdə yoluxub sağalmış şəxslərin immun sertifikatları, istərsə də hər iki dozanı və ya bir dozanı xaricdə almış, ikincini Azərbaycanda almaq istəyən şəxslərlə bağlı müzakirələr davam edir. Ölkələrarası sənədlərin qarşılıqlı tanınması prosesi üzərində işlənilir. Yaxın zamanda bu haqda qərar qəbul olunacaq

Teqlər: