Birinci Qarabağ müharibəsində itkin düşənlərin ailələrindən 800-ə yaxın bioloji nümunə götürülüb

Xəbər - Elçin Mehdiyev – Trend:

İnsan qalıqlarının gələcək identifikasiyalarına şərait yaratmaq
məqsədilə 90-cı illərin münaqişəsi nəticəsində itkin düşmüş
şəxslərin 316 ailəsindən 793 bioloji referent nümunəsi
götürülüb.

AzerTimes-ın
məlumatına görə, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK)
Bakı və Bərdə ofislərinin 2021-ci il üçün əsas fəaliyyətləri ilə
bağlı hesabatda yer alıb.

Qeyd edilib ki, BQXK-nın neytral vasitəçi qismində iştirakı ilə
son döyüşlərin getdiyi ərazilərdə insan qalıqlarının axtarışı və
götürülməsi üçün 346 əməliyyat aparılıb.


347 itkin ailəsi psixo-sosial dəstək alıb, 258 itkin ailəsinə
nağd pul yardımı göstərilib.

Teqlər: