Birinci Qarabağ müharibəsi əlillərinə ödənişlərin verilməsinə yaxın vaxtlarda başlanılacaq.
AzerTimes-ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclasında bildirilib.
Kollegiya iclasında 1991-1997-ci illərdə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hərbi xidmətdə olarkən xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərə və onlardan vəfat edənlərin ailə üzvlərinə birdəfəlik ödəmələrin verilməsinə hazırlıq işləri də müzakirə olunub, yaxın vaxtlarda həmin ödənişlərin verilməsinə başlanacağı bildirlib.
Nazirliyin strukturuna daxil olan və tabeliyindəki qurumların 2021-ci ildəki fəaliyyətinin yekunları və 2022-ci ildə qarşılarında duran vəzifələr müzakirə olunub.