Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödənişlərə tezliklə başlanıla bilər – Sədr müavini

Birinci Qarabağ müharibəsində əlil olan şəxslərə birdəfəlik
ödənişlərin verilməsi ilə bağlı əksər qurumlar siyahını təqdim
edib.

Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədr müavini Zəka
Mirzəyev deyib.

Onun sözlərinə görə, siyahılar daha tez müddətdə çatdırılsa,
ödənişlərə tez bir müddətdə başlanıla bilər.

“Bunun üçün xüsusi müraciətə ehtiyac yoxdur. Onların əlillikləri
ilə bağlı məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
altsistemlərində var. Məlumatları həmin dövrdə xidmət etdikləri
qurumlardan alırıq”, – deyə o əlavə edib.

Teqlər: