Rusiyanın tanınmış siyasi eksperti, jurnalist Maksim Şevçenko Rusiyanın “Birinci” kanalında müxtəlif siyasi tok-şoulara çağırılan erməni qonaqlar ilə bağlı sərt fikir söyləyib.
AzerTimes xəbər verir ki, bu barədə Şevçenko sosial şəbəkələr vasitəsi ilə videomüraciəti zamanı bildirib.
“İllər əvvəl işlədiyim “Birinci” kanala sualım var. Mən hər şeyi başa düşürəm, sizin pula ehtiyacınız var. Buna görə də erməni lobbisi gəlir və maddi cəhətdən sizə kömək edir. 2014-cü ildən bəri “Birinci” kanalın hər tok-şousunda o dövrdə heç kimə məlum olmayan bir-iki erməni ekspert görünməyə başladı, onlar rus xalqı adından danışırdılar. İndi də elə danışırlar. Ukrayna-Rusiya münasibətlərini müzakirə edirlər. Biz ruslar millətçi deyilik, başqa millətlərə hörmətsizlik etmirik. Amma bunu bizə qarşı edirlər. Bəziləri şərəfini pula satır!” – deyə ekpert qeyd edib.