Birdəfəlik müavinətlərin vətəndaşlara çatdırılması qaydası dəyişib

Xəbər - Çingiz Səfərli – Trend:

Noyabrın 1-dən respublika üzrə birdəfəlik sosial ödənişlər vətəndaşlara çatdırılma formasında dəyişiklik edilib.

Bu barədə AzerTimes-a Dövlət sosial Müdafiə Fondundan məlumat verilib.

Belə ki, dəfn üçün müavinət, uşağın anadan olmasına görə müavinət, cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə müavinət, radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət vətəndaşlara artıq “Azərpoçt” vasitəsilə çatdırılır.

Vətəndaşlar həmin vəsaiti “Azərpoçt”un istənilən şöbə, filial və məntəqəsində əldə edə bilərlər.

Twitter: @cingizsafarli

Teqlər: