Yalnız bir zənglə sülhə nail olmaq mümkündür.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixail Podolyak Tvitrerdə səhifəsində yazıb.
O qeyd edib ki, sülh üçün Rusiya qoşunlarının xarici ölkənin suveren ərazisindən çıxarılması barədə əmr verməsi kifayətdir:
“Bundan sonra isə danışa bilərik”.
M.Podolyak, həmçinin, bildirib ki, Rusiyanın qanadlı və ballistik raketlərlə Ukraynaya hücumlarını davam etdirdiyi bir vaxtda sülh və dialoq çağırışları ikiüzlü təbliğatdan başqa bir şey deyil.