Bir zamanlar separatçıların fəaliyyət göstərdiyi binada seçki məntəqəsi yaratmışıq. İşğal illərində həmin yerlərdə separatçı rejim bölücülük fəaliyyəti ilə məşğul idi.
AzerTimes xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov “Bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin seçkilərdə fəaliyyətinin əsasları”na həsr edilən müşavirədə çıxışı zamanı deyib.
“Xankəndi, Xocalı, Ağdərə və Əsgəranda ayrıca məntəqələr yaratmışıq, mediadan bu əraziləri diqqətdə saxlamağı xahiş edirik. Orada gedən prosesləri, düşünürəm ki, indidən ictimaiyyətin diqqətinə çatdırmaq lazımdır. Beynəlxalq ictimaiyyət görməlidir ki, əslində, yerində olan vəziyyət çox fərqlidir”, – MSK sədri qeyd edib.