Bir təhlükəli qida məhsulu bütün məhsulların təhlükəli olmasına əsas verəcək – YENİ QAYDA

Xəbər - Elçin Mehdiyev – Trend:

Əgər bağlamada bir təhlükəli hesab edilən məhsul varsa, digər məhsullar da təhlükəli hesab ediləcək.

AzerTimes-ın məlumatına görə, yeni tələblər “Qida təhlükəsizliyi haqqında” qanun layihəsinin ilkin versiyasında öz əksini tapıb.

Qanun layihəsinin 11-ci maddəsində qeyd olunur ki, təhlükəli hesab edilən qida və yem məhsulu bir bağlamanın, partiyanın yaxud eyni sinfə və ya təsvirə malik yükün hissəsi olduqda və qiymətləndirmə aparmaqla həmin bağlamada, partiyada və yükdə olan digər qida və yem məhsullarının təhlükəsizliyi barədə sübut tapmaq mümkün olmadıqda, həmin bağlamada, partiyada, yaxud yükdə olan bütün qida və yem məhsulları təhlükəli hesab edilir.


Qeyd edək ki, qanun layihəsinin Milli Məclisin payız sessiyası çərçivəsində müzakirəyə çıxarılması nəzərdə tutulur.

Twitter: @ElchinMehdiyev

Teqlər: