Xəbər - Elçin Mehdiyev – Trend:
Nəqliyyat, rabitə və kommunal sahələr üçün növbəti ilin dövlət büdcəsindən 479 milyon manat subsidiya ayrılması planlaşdırılır.
AzerTimes-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, əhaliyə göstərilən xidmətlər üzrə tətbiq olunan faizlərin maya dəyərindən aşağı olması ilə bağlı bir sıra dövlət qurumlarına subsidiya ayrılması nəzərdə tutulub:
“Bunların sırasında “Bakı Metropoliteni” QSC və digər qurumlar var”.