AYB Sumqayıt bölməsi və N.Gəncəvi adına Kitabxana Klubun birgə təşkilatçılığı ilə Beynəlxalq Gənclər Gününə həsr olunmuş “Gənclərin söz dünyası” adlı tədbir keçirilib.
AzerTimes xəbər verir ki, bu barədə AYB Sumqayıt bölməsi məlumat yayıb.
N.Gəncəvi adına Kitabxana Klubda keçirilən görüşdə gənc şairlər – Aygün Yaşar, Elşad Xaqan, Gülnar Ümid, Elvin İntiqamoğlu, Ümid Abbas iştirak edib.
N.Gəncəvi adına Kitabxana Klubun müdiri Ülviyyə Quliyeva gənclərin həyatımızdakı rolu və vəzifələrindən danışıb.
AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin beynəlxalq miqyasda qeyd edilən Gənclər Gününün əhəmiyyətindən söz açaraq, gəncləri təbrik edib.
Şəhid anası Ruhiyyə Əhmədova, S.Vurğun adına Mərkəzi Kitabxananın direktoru Natəvan Axundzadə, yazıçı Mənsurə Xələfbəyli, gənc yazıçı Amin Namazlı və şair Vüsal Ağayev çıxış edərək, belə tədbirlərin keçirilməsinin gənclərin yaradıcılığına olan diqqət və qayğının bariz nümunəsi olduğunu diqqətə çatdırıblar.
Sonra şairlər şeirlərini oxuyub, oxucuların çoxsaylı suallarını cavablandırıblar.