Xəbər - Sədrəddin Ağcayev – Trend:
2021-ci ilin oktyabr ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 23,3 milyon ABŞ dolları olub.
Trend-in məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”ında deyilir.
2017-ci ildən bu günədək “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə ixrac edilən mal və məhsulların dəyəri 665 milyon ABŞ dolları təşkil edib.
Qeyd edək ki, oktyabr ayında ixrac daşımalarının 55 faizi avtomobil nəqliyyatı, 36,1 faizia hava nəqliyyatı, 7,9 faizi dəmiryol nəqliyyatı, 1 faiz isə digər nəqliyyat növləri ilə həyata keçirilib.
Twitter: agdzhaev
(Tərcümə: Orxan Nəbiyev)