Bir nömrəli vəzifə azad olunmuş ərazilərin abad olunmasıdır – TƏHLİL

Xəbər - Elgün Mənsimov -Trend:

Artıq hamıya bəllidir ki, 44 günlük Vətən müharibsəində Azərbaycanın uğurlu əks-hücum əməliyyatları bu gün dünyanın qabaqcıl ölkələri tərəfindən diqqətlə araşdırılır, tədqiq olunur. Bu gün isə Azərbaycan həmin iradə və əzmlə azad olunmuş ərazilərin abadlaşdırılmasını aparır. Bu proses kifayət qədər effektli və sürətlə keçirilir. Qabaqcıl ölkələr Azərbaycanın apardığı sürətli quruculuq bərpa işlərini də yaxından izləməli, öyrəməlidir.

Ermənistanın kapitulyasiya aktına imza atmasından artıq 9 ay keçir, bu ayrlar ərzində azad olunmuş əraizlərdə elə bir yer qalmayıb ki, orada bərpa və quruculuqla bağlı işlər aparılmasın.

“Füzuli” Beynəlxalq hava limanınında artıq radiotexniki vasitələrin hazırlığı yoxlanılır. 30 ilə yaxın işğal dövründə Füzulidə bir ağac belə əkməyən ermənilər, indi bu havalimanına həsədlə baxırlar yəqin ki…


“Füzuli” Beynəlxalq hava limanınında radiotexniki vasitələrin hazırlığı yoxlanılır (FOTO/VİDEO)

Qarabağda inşası sürətlə davam etdirilən “Ağıllı kənd”, “Ağıllı şəhər, Laçında və Zəngilanda hava limanları, düz yollar, abadlaşdırılan tarixi, dini abidələr və yüzlərlə digər təyinatlı obyektlər Azərbaycanın iqtisadi gücünün göstəricisidir. Ermənistan nəyinki bundan əvvəl ki, bundan sonrakı 30 illik tarixində nəyin ki bu çapda geniş layihələri gerçəkləşdirə bilsin. Bunu əsciyələndirən əsas amil isə ölkədə aparılan düzgün iqtisadi siyasətdir ki, bu gün həmin kurs öz bəhrəsini veririr. Dünyanın pandemiyanın fəsadları ilə mübarizə apardığı bir vaxtda Azərbaycan bu genişlikdə quruculuq işləri aparır, qarış-qarış Qarabağı bərpa edir.

Dünya birliyi, erməni havadarları, çox zaman Azərbaycan həqiqətlərini, Azərbaycanın haqq səsinə çağrış verməyənlər 30 illik işğal dövründə erməni vəhşilyini görməzdən gəldilər, Azərbaycana qarşı qərarlar qəbul etdilər. İndi gəlib görsünlər ki, Azərbaycan Qarabağı necə cənnətə çevirir, Azərbaycan Prezidenti regionda necə sülhü bərqərar edir.

Azərbaycana səfər edən diplomatik korpus nüməyəndələri bu reallıqları öz gözləriylə görür, Bir tərəfdə Ermənistanın xarabazara çevirdiyi Qarabağ, bir tərəfdə də Azərbaycanın sürətlə bərpa etdiyi Qarabağ.

Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Komitəsinin sabiq sədri Səccad Kərim “BBC” radiosuna müsahibəsində Azərbaycana səfərindən danışarkən bilririb ki, azırda Cənubi Qafqaz bölgəsində gedən müsbət dəyişikliklərə beynəlxalq ictimaiyyət öz töhfəsini verməlidir. Britaniyalı siyasətçi Ermənistanın işğalından azad edilmiş Azərbaycan ərazilərində böyük dağıntıların, ətraf mühit problemlərinin olduğuna, Zəngilan ərazisindən keçən Oxçuçayın zəhərli tullantılarla çirkləndirildiyinə, belə problemlərin qlobal ekoloji proseslərə təsirinə diqqəti cəlb edib.

Bəli, beynəlxallq ictiamiyyət, bu işlərə öz töhfəsini verməldiir, amma bu töhfə olsa da, olmasa da, Azərbaycan öz quruculuq işlərini sürətlə yerinə yetirəcək, hər bir vətəndaşının öz doğma torpaqlarına qayıtmasını təmin edəcək. Azərbaycanlıların doğma torpaqları isə yalnız azad olunmuş ərazilərlə sərhədlərnmir, Basarkeçər, Arazdəyən də azərbaycanlıların doğma dədə-baba torpaqlarıdır. Ordan da azərbaycanlılar zorla qovulub, o ərazilərə də qayıtmaq bizim doğma haqqımızdır.

Politoloq İlyas Hüseynov AzerTimes-a açıqlamasında bildirib ki, Azərbaycan ərazisində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması ölkəmizin qarşısında yeni prioritetləri müəyyənləşdirdi. Bu, həm tarixə əsaslanır, eyni zamanda, gələcəyə əsaslanır. Göyçə mahalında və Qərbi Zəngəzurda vətəndaşlarımızın yaşaması tarixi ədalətə söykənməklə yanaşı, həm də vətəndaşlarımızın tam hüququdur. Ümumiyyətlə həmin torpaqlar bizim tarixi, dədə-baba torpaqlarımızdır. Bu ərazilər üzərindəki hüquqlarımızı da bərpa etməliyik. Çünki bizim vətəndaşlar təkcə Zəngəzur mahalından yox, Göyçə mahalından da, zorla qovulublar və onların tam haqqı var ki, gedib öz dədə-baba torpaqlarında yaşasınlar.

Teqlər: