Xəbər - Fərid Zöhrabov – Trend:
Qeyri-qanuni sərnişin daşımaları bəzən qanuni fəaliyyət göstərən avtobusların reysə çıxmasına problem yaradır.
Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Sabirabad, Saatlı, Beyləqan, Masallı, Oğuz və İsmayıllı rayonlarına sərnişindaşımanın həyata keçirilməməsi ilə bağlı AzerTimes-ın sorğusuna cavab olaraq bildirilib ki, avtobusların sayı sərnişin axınına uyğun olaraq, daşıyıcıların da rentabelliyi nəzərə alınaraq tənzimlənir.
Qeyd etdiyiniz istiqamətlər üzrə bu gün üçün Sabirabada 2, Saatlıya 1, Beyləqana 3, Masallıya 3 avtobus reysi nəzərdə tutulub. Oğuz istiqamətində 9 orta tutumlu avtobus, Oğuzun Xaçmaz kəndinə isə əlavə olaraq 4 mikro avtobus, İsmayıllıya 2 avtobus yola düşəcək. Ancaq sərnişin olmadığı tədqdirdə təbii ki, avtobusların boş hərəkət etməsi mümkün deyil. Belə hallara ciddi şəkildə təsir edən əsas amil isə avtovağzaldan kənar yerlərdən qeyri-qanuni sərnişin daşımalarıdır. Bu isə bəzən qanuni fəaliyyət göstərən avtobusların reysə çıxmasına problem yaradır.
Qeyd edək ki, bayram günlərindən sonra rayonlara üz tutan sərnişinlərin sayında kəskin azalma müşahidə edilir.