Bir neçə rayon və şəhərə içməli su məhdudiyyətlə veriləcək

İntensiv yağıntılar səbəbindən Kür çayında bulanıqlığın kəskin
artması nəticəsində Kür Sutəmizləyici Qurğular Kompleksində suyun
emalı xeyli azalıb. Bununla əlaqədar Şirvan, Hacıqabul, Salyan,
Neftçala, Biləsuvar, Sabirabad, Saatlı şəhərlərinə, magistral
kəmərlərin trassası boyu yerləşən kəndlərə, həmçinin Bakının
Qaradağ rayonuna, eləcə də Səbail və Binəqədi rayonlarının bir
hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə “Azərsu” ASC-dən AzerTimes-a bildirilib.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr
istəyir.

Teqlər: