Xəbər - Çingiz Səfərli
Dörd adda bioloji fəallığa malik qida əlavəsinin sertifikatlaşdırılmasından imtina edilib.
Qida Təhlükəsizliyi Agentliyindən Trend-ə verilən məlumata görə, bioloji fəallığa malik qida əlavələrinin idxalı ilə məşğul olan sahibkarlıq subyektlərinin bu sahədəki fəaliyyətləri ilə bağlı müraciətlərə operativ və kollegial qaydada baxılmasının təmin edilməsi məqsədilə yaradılmış komissiyanın 2021-ci il 8 sentyabr tarixində keçirilən iclasında ümumilikdə 55 müraciətə baxılıb.
Nəticədə müraciət əsasında idxal olunan 51 bioloji fəallığa malik qida əlavəsi sertifikatlaşdırılıb, 4 bioloji fəallığa malik qida əlavəsinin isə sertifikatlaşdırılmasından imtina edilib.
Agentlik bir daha bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərini fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.
Twitter:@cingizsafarli