Bir neçə ölkə ilə hökumətlərarası komissiyaların tərkibinə dəyişiklik edilib

Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Türkiyə
Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə
hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən
yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2007-ci il 6 mart tarixli 2016 nömrəli Sərəncamında
dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

Sərəncama əsasən Azərbaycan Respublikası ilə Türkiyə
Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə
hökumətlərarası komissiyanın üzvləri siyahısına Azərbaycan
Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri də əlavə
edilir.

Dövlət başçısının daha bir sərəncamı ilə Azərbaycan Respublikası
və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq
üzrə birgə hökumətlərarası komissiyanın üzvlərinin siyahısına
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədrinin
müavini, Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə
Heyətinin sədri əlavə edilib.

Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi
əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan
Respublikası tərəfindən tərkibinə isə Azərbaycan Respublikası Qida
Təhlükəsizliyi Agentliyinin sədri, Ələt azad iqtisadi zonasının
səlahiyyətli qurumunun İdarə Heyətinin sədri əlavə edilib.

Digər bir sərəncamla “Azərbaycan Respublikası və Polşa
Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası
Komissiyanın üzvlərinin siyahısına Dövlət Turizm Agentliyi sədrinin
müavini, Qida Təhlükəsizliyi Agentliyinin sədrinin müavini, Ələt
azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin
sədri əlavə edilib.

“Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri
Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə
Birgə Hökumətlərarası Komissiyanın üzvləri siyahısına Qida
Təhlükəsizliyi Agentliyinin sədri əlavə edilib.

“Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti
arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın Azərbaycan
Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə”
Sərəncama edilən dəyişikliyə görə isə komissiyanın üzvləri
siyahısına Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin
sədrinin müavini əlavə edilib.

Xarici İşlər Nazirliyinə dəyişikliklər barədə müvafiq dövlətlərə
bildiriş göndərmək tapşırılıb.

Teqlər: