Bir neçə küçə və prospektdə hərəkət məhdudlaşdırılacaq (SİYAHI)

Bakıda bir neçə küçə və prospektdə təmir işləri ilə əlaqədar
hərəkət məhdudlaşdırılacaq.

Bu barədə AzerTimes-a Azərbaycan
Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Qeyd olunur ki, bayram tətili günlərində paytaxtda nəqliyyat
intensivliyinin azalmasından istifadə edərək, Azərbaycan Avtomobil
Yolları Dövlət Agentliyi tərəfindən 26-27 mart tarixlərində aşağıda
qeyd olunan küçə və prospektlərin müəyyən hissələrində təmir işləri
aparılacaq:

1. Ziya Bünyadov prospekti (“Santral” mağazasının qarşısı);
2. Rəşid Behbudov küçəsi (Mərkəzi Bankın qarşısı);
3. Abdülvahab Salamzadə küçəsi (“Qələbə dairəsi”ndən tunelin giriş
hissəsinə qədər);
4.Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi (“Qurd qapısı”ndan İzzət
Nəbiyev küçəsinə qədər olan hissə);
5.Tbilisi prospekti yan yol (Pişəvəri küçəsindən “20 Yanvar
dairəsi” nə qədər olan hissə);
6. “Koroğlu” körpüsünün üstü (Heydər Əliyev prospektindən Mikayıl
Əliyev küçəsi istiqamətində).

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq qeyd olunan
ərazilərdə hərəkətin qismən məhdudlaşdırılması tətbiq edilə bilər.
Bu üzdən sürücülərdən sözügedən küçə və prospektlərdə aparılacaq
təmir işlərinə anlayışla yanaşmaları, qeyd olunan tarixlərdə təmir
işlərinin aparıldığı ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları
və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

Teqlər: