Bir neçə kabel şəbəkə yayımçılarına verilən lisenziyalara xitam verilib

“Digicom” MMC, “Mobil Yayım Sistemləri” MMC, “Pluton Satellite” MMC, “Caspel” MMC, “Avir TV” MMC və “MNS Service” MMC-yə verilmiş lisenziyalara xitam verilib.

AzerTimes-ın məlumatına görə, bu barədə Milli Televiziya və Radio Şurasının iclasında qərar verilib.

Bu gün keçirilən clasda bir sıra məsələlər müzakirə olunmuş və qərarlar qəbul edilib.

“Antenn Müstəqil Teleradio Kompaniyası”nın müraciəti əsasında “Radio Antenn”in proqramlarının Bakı şəhəri və Abşeron yarımadasındakı yayım tezliyinin dəyişdirilməsi məsələsinə baxılmışdır. Şuranın texniki nəzarət şöbəsinin, Dövlət Radiotezliklər İdarəsinin və “Radio Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin (“Teleradio”) apardığı birgə monitorinqlərin nəticəsində “Radio Antenn”in Bakı şəhəri və Abşeronda yarımadası ərazisində yayım tezliyinin 22 noyabr 2021-ci il tarixdən etibarən 101.0 MHs-dən 101.1 MHs-ə dəyişdirilməsi məqsədəmüvafiq hesab olunmuş və bu barədə Şura üzvləri tərəfindən qərar qəbul olunub.

İclas zamanı “Radio Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin (“Teleradio”) ölkə üzrə açıq televiziya paketinin (sosial paketin) Lənkəran Radio Televiziya Yayım Stansiyasından 53-cü TV yayım kanalında həyata keçirilən yayımın 37-ci TV yayım kanalına keçirilməsi ilə bağlı müraciətinə baxılmış və bununla bağlı qəraq qəbul olunub.


İclasda, həmçinin, kabel şəbəkə yayımçısı lisenziyasının alınması üçün müraciətlərə baxılmışdır. Şuranın müvafiq qərarları ilə “Azəri Global Servis” QSC-nə abonent sayı 5000-dən çox olan kabel şəbəkə yayımçısı (yayım üsulu efir-kabel olmaqla) lisenziyası, “Sevenline” MMC-nə və “İTTNET” MMC-nə isə abonent sayı 5000-dək olan kabel şəbəkə yayımçısı (yayım üsulu internet olmaqla) lisenziyaları verilib.

Şura iclasında kabel (İPTV) operatorlarının fəaliyyəti, onların retranslyasiya etdikləri televiziya kanallarının lisenziyalı yayımının təşkil olunması məsələsi də geniş müzakirə olunmuşdur. Bildirilmişdir ki, Şuranın son bir ildə həyata keçirdiyi görüşlər, rəsmi yazışmalar nəticəsində əksəriyyət kabel (İPTV) operatorlarının retranslyasiya etdikləri kanallarla (və ya onların rəsmi agentləri ilə) bağladıqları müqavilələrin surətlərinin Şuraya təqdim olunması təmin olunmuşdur. Bəzi operatorlara qanunvericiliyin bu tələbinə əməl etmədikılərinə görə son xəbərdarlıq edilmiş, “Şam” MMC (Smart TV Plus) barəsində isə inzibati protokol tərtib edilmiş və müvafiq rayon məhkəməsinə göndərilib.

İclasda bir sıra operatorların ümumiyyətlə yayım həyata keçirmədikləri müzakirə olunmuş və “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasını Qanununun 23.2.7-ci maddəsinə əsasən həmin kabel şəbəkə yayımçılarına (“Digicom” MMC, “Mobil Yayım Sistemləri” MMC, “Pluton Satellite” MMC, “Caspel” MMC, “Avir TV” MMC, “MNS Service” MMC) verilmiş lisenziyaların qüvvəsinə xitam verilməsi barədə qərar qəbul olunmuşdur.

Teqlər: