Bir neçə aksizli malların dərəcələri artırılır – Milli Məclis təsdiq etdi

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycanda bir neçə aksizli malların dərəcələri artırılır.

AzerTimes-ın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Vergi Məcəlləsinə dəyişikldə öz əksini tapıb.

Təklif edilən dəyişikliyə əsasən, siqarillanın (nazik siqarlar) 1000 ədədinə aksiz dərəcələri 31 manatdan 43 manata, tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə 31 manatdan 35 manata, elektron siqaretlər üçün maye – hər litrinə 20 manatdan 220 manata qaldırılır.

Dəyşiklik müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Teqlər: