Bir milyon ödəsək də, qərara əməl etməyəcəyik – Siyarto

Bir milyon ödəsək də, qərara əməl etməyəcəyik – Siyarto

Macarıstan Avropa Birliyinin 2026-cı ildə qüvvəyə minən miqrasiya paktının şərtlərinə əməl etməyəcək, baxmayaraq ki, bunun üçün hər gün 1 milyon avro cərimə ödəməlidir.

AzerTimes xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto Feysbuk səhifəsində yazıb.

O, hökumətin bir dənə də olsun qanunsuz miqrantı öz ərazisinə buraxmayacağını vurğulayıb:

“Biz 2026-cı ildə buna yox deyirik və əvvəlcədən bəyan edirik: Macarıstan miqrasiya paktında nəzərdə tutulan tədbirləri həyata keçirməyəcək. Biz miqrantları, paralel cəmiyyətləri istəmirik və Milad bayramlarını qorxu içində keçirmək istəmirik”, – nazir bildirib.

Teqlər: