Yunanıstan pis qonşuluq nümunəsi göstərir.
AzerTimes xəbər verir ki, bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar deyib.
Akar qeyd edib ki, ölkəsi Egey dənizinin təbii sərvətlərinin ədalətli şəkildə bölünməsinin tərəfdarıdır:
“Bir millimetrə də geri addım atmayacağıq. Bu mövzuda bizim anlayış nümayiş etdirməyimiz mümkün deyil”.