Humanitar atəşkəs çərçivəsində hər israilli girov qarşılığında 3 fələstinli azad ediləcək.
AzerTimes xəbər verir ki, bu barədə HƏMAS-ın məlumatında deyilir.
“Qadınlar və uşaqlar da daxil olmaqla üç fələstinli məhbus, girov götürülmüş hər sionist (israilli – red.) müqabilində azad ediləcək”, – deyə bildirilib.
Qeyd edək ki, Qətər dövləti sabah yerli vaxtla saat 7:00-dan Qəzzada humanitar atəşkəsin başlayacağını bildirib.