Bir ildə AB-yə 630 milyonluq ərzaq məhsulu satmışıq – Tokayev

Bir ildə AB-yə 630 milyonluq ərzaq məhsulu satmışıq – Tokayev

Qazaxıstan Avropa ölkələrinə kənd təsərrüfatı məhsullarının tədarükünü davam etdirməyə hazırdır.

AzerTimes xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev deyib.

“Ərzaq təhlükəsizliyi perspektivli mövzudur. Biz AB ölkələri də daxil olmaqla hər il 5 milyon tondan çox buğda ixrac edirik. Son bir ildə ölkənin AB-yə ərzaq məhsullarının ixracı 32% artaraq 630 milyon dolları ötüb. Buna görə də Qazaxıstan AB ölkələrinə kənd təsərrüfatı məhsulları və mineral gübrələr tədarükünü davam etdirə bilər”, – o bildirib.

Tokayev həmçinin bildirib ki, Qazaxıstan maşınqayırma, dəmir-polad istehsalı, qida emalı və kənd təsərrüfatı kimi sənaye sahələrində ildə təxminən 1,5 milyard dollar dəyərində 100-dən çox emal məhsulu təklif edə bilər.

Teqlər: