Bir il öncə Bərdəyə atılan raketlər erməni terrorunun növbəti nümunəsi idi – Deputat

Xəbər - Elçin Mehdiyev – Trend:

Bir il bundan öncə Bərdə şəhərinə atılan raketlər erməni terrorunun, erməni vandalizminin növbəti nümunəsi idi.

Bunu AzerTimes-a Milli Məclisin deputatı Elşən Musayev deyib.

Deputat bildirib ki, məlum terror nəticəsində böyük insan itkisi oldu, yaralananlar oldu, dağıntılar oldu, amma bütün bunlara baxmayaraq, qəhrəman Bərdə camaatı bir addım belə geri çəkilmədi, yaşayış məkanını tərk etmədi: “Bu, onunla bağlı idi ki, həmin vaxt Azərbaycan xalqı “dəmir yumruq” şəklində birləşmişdi. Bu, ona görə belə idi ki, həmin vaxt bizi heç nə qorxuda bilməzdi və hər kəsin beynində, könlündə yalnız və yalnız Qarabağın işğaldan azad edilməsi vardı. Bərdə camaatı da həmin amala, ideyaya, arzuya söykənərək düşmən terrorurun qarşısında fədakarca dayandı, duruş gətirdi, mübarizə apardı.

Ermənistan Bərdəyə raket atmağı bacardı, amma Bərdə camaatının, bu qəhrəman insanların əzmini sındırmağı bacarmadı.

Tarıx hər bir məqamı, hadisələri öz səhifələrinə həkk edir. Ermənistan həmin səhifələrdə daim öz vəhşi obrazı, Azərbaycan isə mübarizliyi, qətiyyəti və iradəsi ilə qalacaq”.

Teqlər: